Dostun ilə gəl Xaricdə təhsil üçün 10% endirim qazan!

Shape Shape

TOP-NOTCH'a XOŞGƏLMİSİZ!

Shape
Shape
Shape Shape
About
TOP-NOTCH'a XOŞGƏLMİSİZ!

HAQQIMIZDA

Biz Kimik?

Top-Notch Language Hub olaraq artıq 7 ildən çoxdur ki, gənclərin xaricdə təhsil və dil öyrənmə arzularını gerçəkləşdirmək üçün fəaliyyət göstəririk. Yarandığımız gündən etibarən əsas məqsədimiz tələbələrə yalnız təhsil xidməti təqdim etmək deyil, onların gələcəyini formalaşdırmaq, beynəlxalq mühitdə uğurlu karyera qurmasına dəstək olmaqdır.

Bu gün yüzlərlə tələbəmizi İtaliya, Almaniya, Türkiyə, Polşa və digər Avropa ölkələrinin nüfuzlu universitetlərinə yönləndirmiş, onların beynəlxalq təhsil həyatına ilk addımlarını atmasına kömək etmişik. Eyni zamanda, 8000-dən çox tələbənin müxtəlif xarici dilləri öyrənməsinə şərait yaradaraq onların şəxsi və peşəkar inkişafına töhfə vermişik.

Biz inanırıq ki, dil bilikləri və keyfiyyətli təhsil insanın gələcəyinə qoyulan ən dəyərli investisiyadır. Məhz buna görə fəaliyyətimiz boyunca hər bir tələbəyə fərdi yanaşır, onların məqsəd və potensialına uyğun ən doğru yolu müəyyənləşdiririk.

Məqsədimiz

Məqsədimiz gəncləri beynəlxalq standartlara uyğun təhsil və dil bilikləri ilə təmin etmək, onların qlobal dünyada rəqabətə davamlı fərdlər kimi yetişməsinə dəstək olmaqdır.

Biz tələbələrimizin yalnız universitetə qəbul olmasını deyil, həm də özünəinamlı, dünyagörüşlü və uğurlu bir gələcəyə sahib olmasını hədəfləyirik. Hər bir tələbənin xəyalını öz məqsədimiz kimi qəbul edir və onları uğura aparan yolda etibarlı tərəfdaş oluruq.

Top-Notch Language Hub olaraq əsas missiyamız:

  • Xaricdə təhsil imkanlarını daha əlçatan etmək
  • Keyfiyyətli və müasir dil tədrisi təqdim etmək
  • Tələbələrin akademik və şəxsi inkişafına töhfə vermək
  • Onları beynəlxalq imtahan və təhsil sistemlərinə peşəkar şəkildə hazırlamaqdır.

 

Fəaliyyətimiz

Fəaliyyət sahəmiz həm xaricdə təhsil,    həm də peşəkar dil hazırlığını əhatə edir.

Xaricdə Təhsil Xidmətləri

Tələbələrə universitet seçimi, sənəd hazırlığı, motivasiya məktubu, müraciət prosesi və qəbul mərhələsində tam dəstək göstəririk. Məqsədimiz hər bir tələbənin uyğun universitet və ixtisas seçərək uğurlu akademik gələcək qurmasına kömək etməkdir.

Dil Kursları

Mərkəzimizdə aşağıdakı dillər üzrə peşəkar hazırlıq proqramları təqdim olunur:

  • İngilis dili
  • Alman dili
  • Rus dili
  • İtalyan dili
  • Polyak dili
  • Fransız dili
  • İspan dili

Dərslərimiz müasir metodika, interaktiv tədris sistemi və təcrübəli müəllim heyəti tərəfindən keçirilir.

Beynəlxalq İmtahan Hazırlığı

Tələbələrimizi beynəlxalq sertifikat və qəbul imtahanlarına yüksək səviyyədə hazırlayırıq:

  • IELTS/ TOEFL
  • SAT
  • DUOLİNGO
  • YÖS
  • CILS
  • TELC
  • GOETHE
  • TESDAFF

Fərdi yanaşma və tələbəyönümlü metodikamız sayəsində tələbələrimiz qısa müddətdə yüksək nəticələr əldə edirlər.

Uğurlarımız

Fəaliyyət göstərdiyimiz illər ərzində qazandığımız uğurlar bizim üçün ən böyük motivasiya mənbəyidir.

  • Yüzlərlə tələbəmiz Avropanın nüfuzlu universitetlərinə qəbul olub
  • 8000-dən çox tələbənin dil öyrənməsinə dəstək olmuşuq
  • Beynəlxalq imtahanlarda yüksək nəticə göstərən çoxsaylı tələbələr yetişdirmişik
  • Tələbə məmnuniyyəti və uğurlu nəticələr sayəsində etibarlı təhsil mərkəzi kimi tanınmışıq
  •  

Bu uğurların arxasında peşəkar komandamız, müasir tədris yanaşmamız və tələbələrimizin bizə olan güvəni dayanır.

Top-Notch Language Hub — uğurlu gələcəyə açılan qapınız!

Qoşul